Qubadlı
Ərazisi - 826 km2
Əhalisinin sayı - 31300
İnzibati mərkəzi - QUBADLI
İqtisadi xarakteristikası
Rayonun təsərrüfatı əsasən taxılçılıq, üzümçülük, tütünçülük, baramaçılıq və heyvandarlıq sahəsində ixtisaslaşmışdır. Rayonda yağ-pendir, üzüm emalı, cihazqayırma zavodları, toxuculuq fabriki, inqubator-quşçuluq stansiyası, daş karxanası, barama qurutma məntəqəsi, balıq yetişdirmə vətəgəsi və digər istehsalat obyektləri mövcuddur. Rayon 1993-cü ildə erməni silahlı dəstələri tərəfindən işğal edilmişdir.
Qəsəbələr / Kəndlər
Qayalı, Abdalanı, Ləpəxeyranlı, Mahmudlu, Dondarh, Mirlər, D.Msxanlı, Saray, Dəmirçilər, Poladlı, Fərcan, Göyyal, Hərtiz, Zor, Y.Xocamsalh, Mehrili, A.XocamsalIı, Hal, Qəziyan, Məmər, Mollalı, Ballıqaya, Çərəli, Boynakər, Soldaş, Qaralar, Kavdadıq, Hüseynuşağı, Ulaşlı, Qiyaslı, Əbilcə, Xocahan, Tinli, Qilican, Tatar, Qiyaslı, Qaraqoyunlu, Zilanlı, K.Mahruzlu, Seləli, Mahruzlu, Muğanlı, Alaqurşaq, Xanlıq, Həmzəli, Əfəndilər, Yusifbəyli, Çaytumas, Y.Mollu, A.Mollu, Mollaburan, Xoçik, Mərdanlı, B.Soltanlı, Padar, Qaraimanlı, Qaracalh, Qarakişilər, Qarağac, Sanyataq, Muradxanoı, Həkərli, Xəndək, İşıqlı, Başarat, Milallı, Hat, Deşdahat, Armudluq, Çardaxh, Tarovlu, Xələc, Əyin, Göyərcik, Cılfır, Seytas, Göyərabas, Bəxtiyarlı, Novlu, Məzirə, Giircülii, Dovudlu, Qədili, Eyvazlı, T.Müskanh, Bala Həsənli, Xıdırlı, A.Cİbikli, Y.Cibikli, Xallava, Məlikəhmədli, Qundanh, Ə.Uşağı.
Coğrafi mövqeyi
Rayon Qarabağ yaylasının cənub-şərqdə yerləşir. Ərazisində 95 yaşayış mənətəqəsi var.
Mənbə:
http://qarabag.iatp.az/qarabag/qubadli.htmlKəlbəcər
Kəlbəcər rayonu
Kəlbəcər rayonu 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1936 km2, əhalisi 40,3 min nəfər idi. Rayon ərazisini 1 şəhər, 1 şəhər tipli qəsəbə 122 kənd təşkil edirdi. Mərkəzi Kəlbəcər şəhəri idi. Rayonda 2 məktəbəqədər müəssisədə 70 uşaq tərbiyə olunur, 8 ibtidai, 43 səkkizillik, 26 orta məktəbdə 12 min, yeddiillik musiqi məktəbində 125 şagird təhsil almışdır. Rayonda 9 mədəniyyət evi, 27 klub,55 kitabxana, 17 kinoteatr fəaliyyət göstərirdi. Memarlıq abidələrindən Tərtər çayının başlanğıcındakı XIII-XVIII əsrlərin yadigarı olan Xotavəng məbədi qalmışdır.
İşğal olunmuşdur 1993-cü il 2 aprel
Ərazisi 1936 km2
Əhalisinin sayı 55000
Şəhid olmuşdur 217
Əlil olmuşdur 49
Milli qəhrəmanlar 2
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
• Sənaye və tikinti obyekti 29
• Mədəni - məişət obyekti 134
• Qəsəbə və kənd 132
• Tarixi abidə 87
Səthi dağlıqdır, Murovdağ, Şahdağ, Şərqi Sevan, Mıxtökən, Qarabağ silsilələrinin və Qarabağ yaylasının bir hissəsini təşkil edir. Ən yüksək zirvələri hündürlüyü 3724 m olan Gamış dağları və 3616 m olan Dəlidağdır. Yura, Tabaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılmışdır. Faydalı qazıntıları: civə (Şorbulaq, Ağyataq), mineral sular (İstisu, Bağırsaq), tikinti materialları və s. ibarətdir. Ərazisinin çox hissəsində qışı quraq keçən soyuq və dağlıq tundra iqlimi tipləri hakimdir. Ən böyük çayı Tərtər və onun qolları - Lev çayı, Tutqunçay və s. dir. Bazarçay isə Kəlbəcər rayonunun ərazisindən başlanır. Ala göllər və Zalxa gölü də rayonun ərazisində yerləşir. Əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Rayonun mərkəzində və şimal hissəsində enliyarpaqlı meşələr (palıd,fısdıq, vələs), meşə çöl bitkiləri, yüksək və qismən orta dağlıqda alp və subalp çəmənlikləri geniş yer tutur. Meşələrin ümumi sahəsi 28,2 min ha-dır. Təbiəti qayakeçisi, qonur ayı, çöldonuzu, daşlıq dələsi, ular, qartal kimi heyvan və quşlarla zəngindir. Azərbaycan Kəlbəcər Rayon Komitəsi və Rayon Xalq Deputatları Sovetinin orqanı "Yenilik" qəzeti 1934 ildən çıxır (1965 ilədək "Qızıl maldar"adı ilə nəşir olunmuşdur). Yerli radio verilişləri redaksiyası 1965 ildən fəaliyət göstərir . Rayonda televiziya verilişlərinə baxırlar. Rayonda 300 çarpayılıq 7 xəstaxana 25 feldşer-mama məntəqəsi sanitariya epidemioloci ,49 həkim ,205 orta tibb işçisi var.
Kəlbəjər -Qubadlı iqtisadi rayonu
Reliyefi əsəsən dağlıqdır. Ərəzisi şm.-q-də Şərqi Sevan, şm.-da Murov dağ, ş-də Qarabağ silsilələri ilə əhatələnir. Rayonun qalan hissəsini Qarabağ yaylası tutur. Mərkəzi hissədə Mıxtökən silsiləsi uzanır.Jənub .ş hissəsi Araz çayı dərəsinə tərəf alçalaraq düzənliklərə keçir.
Mənbə:
http://sazeri.iblog.com/post/208326/322223

