Vikipediya
Vikipediya (ingiliscə, Wikipedia) – ümumi İnternet vasitəsilə azad yayımlanan ensiklopediyadır və dünyanın bir çox dillərində viki texnologiyasının tətbiq edilməsi nəticəsində könüllü istifadəçilər tərəfindən yaradılır. “Wiki” havay dilində “nə qədər mümkünsə daha tez” mənasını verir. Məhz yerli sakinlər Qonolulu aeroportundan şəhərə gedən avtobusları belə adlandırırlar. Viki texnologiyası əsasında qurulan virtual ensiklopediya bir axtarış sistemi kimi istifadəçilərin sorğuları əsasında tez bir zamanda informasiya xidməti göstərmək məqsədini daşıyır. Sistemdə verilən informasiyalar konkret olmaqla, yalnız hər hansı obyekt haqqında qısa informasiya verilir. Vikipediya virtual ensiklopediyası 15 yanvar 2001-ci ildə fəaliyyətə başlamışdır. Onun yaradıcıları Oqayo universitetinin fəlsəfə doktoru Larri Sanqer (Larry Sanger) və amerikalı sahibkar Cimmi Uelsdir (Jimmy Wales). Onlar əvvəlcə “Nupedia” İnternet ensiklopediyasını yaratdılar. Bu virtual ensiklopediya öz sahəsinin mütəxəssisləri olan könüllü müəlliflər tərəfindən yazılırdı. Lakin iş uzanırdı, məqalələrin sayı isə yüzdən də az idi və Senqerlə Uels ikinci layihəni – Vikipediyanı buraxmaq qərarına gəldilər. Onlar fəlsəfəsi tamamilə fərqli olan, biliklərini paylaşan insanlar sayəsində meydana gələcək, dünyanın ən dolğun on-line ensiklopediyasını yaratmaq istəyirdilər. Bu təşəbbüs özünü doğrultmuş və Vikipediyanı dünyanın ən populyar 10 saytı sırasına daxil etmişdir.Viki proqramının köməyi ilə yaradılan ensiklopediya sayta daxil olan hər bir kəsə istənilən informasiyanı dəyişmək imkanı verməklə, bu dəyişikliyi digər İnternet istifadəçilərində görünməsini təmin edir.
Vikipediya – “Wikimedia Foundation” qeyri-hökumət təşkilatı tərəfindən yaradılan İnternet ensiklopediyasıdır.
Vikipediya könüllü istifadəçilər tərəfindən daxil edilən məqalələr hesabına zənginləşir. Vikipediyada yerinə yetirilməsinə icazə verilən əməliyyatların siyahısı:1. İstənilən mövzuda məqalələr yaratmaq;2. Mövcud olan məqalələrə əlavə mətn daxil etmək;3. İnformasiyanı tam dəyişdirmək;4. Orfoqrafik səhvləri düzəlmək;5. Mövcud olan məqalələrə şəkillər əlavələr etmək;6. Faktiki informasiyanı pozmaq;7. Mövcud olan məqalələri başqa dillərə tərcümə etmək. Belə ki, ingilis və rus dillərində olan məqalələr Azərbaycan bölməsindəki məqalələrin sayından bir-neçə dəfə çoxdur;8. Yeni məqalə yazarkən, həmin mövzuda digər dillərdə yazılmış məqalələrlə tanış olmaq mümkündür.İnternet istifadəçilərinin fikrinə görə Vikipediyanın ən böyük problemi şəbəkə vandallarıdırlar. Ensiklopediyanın üzərində düzəlişə icazə verilirsə, kimlərinsə başqalarının əməyini korlamaq istəyində olması qaçılmazdır. Bu cür informasiya anarxiyası informasiyaların doğruluq dərəcələrinin aşağı düşməsinə səbəb olur. Skeptiklər Vikipediyada təqdim olunan informasiyaların qeyri-düzgün olmalarını sübut etməyə çalışarkən, məhs bu arqumentləri göstərirlər.Britaniyanın “Nature” elmi jurnalının əməkdaşları Vikipediyada və “Britannika” məşhur ensiklopediyasında yerləşdirilmiş elmi məqalələrin düzgünlüyünü qiymətləndirmək üçün ekspertlər dəvət etmək qərarına gəldilər. Alimlər hər iki ensiklopediyadakı məqalələri, bu və ya digər məqalənin hansı ensiklopediyadan götürüldüyünü bilmədən təhlil edərək, onlar haqqında resenziya yazdılar. Nəticədə, hər iki ensiklopediyada hərəsində ümumi xarakterli dörd ciddi səhv olduğu müəyyən edilmişdir. Beləliklə, Vikipediya dəqiqlik və doğruluq üzrə kompetent yoxlamaya davam gətirdi.
Ensiklopedik məqalələrin məzmunları minlərlə könüllülər tərəfindən diqqətlə yoxlanılır ki, lazım gəldikdə onlar o andaca və səliqə ilə daxil edilmiş məqalələrdəki kobud səhvləri aradan qaldırırlar. Vikipediyada yerləşdirilmiş məqalələrin bir-neçəsi "New York Times” əməkdaşları tərəfindən qəsdən dəyişdirilmiş, bəziləri tamamilə silinmiş, bəziləri isə hiss olunmayacan dəyişikliklərə məruz qalmışlar. Çox qısa zamanda məqalələrin ilkin vəziyyəti bərpa olunmuşdur.
Vikipediyada periodik olaraq bu və ya digər məqalənin götürülməsi haqqında tələblər təqdim olunurlar. Vikipediyanın redaktorları dərc olunan informasiyaları izləyirlər və bəzi hallarda mübahisəyə səbəb olan məqalələrdə müvəqqəti olaraq azad redaktəyə qadağa qoyur, bəzən isə məqaləni tamamilə bağlayırlar. Məsələr, Vikipediyanın rus bölməsində “Нагорный Карабах” məqaləsində olduğu kimi. Baş adminstrator (stüard) Maksim Semyonnikin dediyi kimi, istifadəçilərin uzun müddətli müzakirələrdə ortaq məxrəcə gələ bilmədiklərini nəzərə alaraq məqalənin dəyişdirilməsinə qadağa qoyulmuşdur. “Нагорный Карабах”, “Азербайджанцы” və bir çox məqalələri nəzərdən keçirdikdə, məlum olur ki, təsdiq olunmamış informasiyalara Vikipediyada rast gəlinməsi təəssüf ki, mümkündür, belə ki, məqalə yaratmağa və özgələrin məqalələrini redaktə etməyə kütləvi on-line ensiklopediyasında hər kəsə icazə verilir.
Azərbaycan dilində yaranan Vikipediya 2004-cü ildə www.az.wikipedia.org ünvanı altında fəaliyyətə başlamışdır. Vikipediyanın 2007-ci ilin noyabr ayına olan məlumatına görə www.az.wikipedia.org saytı 17671-ə yaxın məqaləyə malikdir. Müqayisə üçün deyək ki, Vikipediyanın ingilis bölməsində 2095590 məqalə, rus bölməsində 214960 məqalə, türk bölməsində isə 95244 məqalə mövcuddur. Vikipediyanın statistik məlumatları ayda bir neçə dəfə təzələnir. Artıq Vikipediyanın Azərbaycan bölməsində dolğun məqalələrin çoxalması sevindirici haldır. Məqalələrin sayına görə Vikipediyanın Azərbaycan bölməsi təqribən 18 min məqalə ilə 253 yer içində 54-cü yerdədir və irəliləməkdə davam edirMilli Vikipediyanın inkişaf etdirilməsi, genişləndirilməsi, dolğun informasiya ilə təmin edilməsi hər bir Azəbaycan vətəndaşının vicdan borcudur. Nəzərə alsaq ki, Azərbaycan Ermənistanla müharibə şəraitindədir və ermənilərin milli Vikipediyanın səhifələrində yalan informasiya daxil etmələri faktlarına rast gəlinir, o halda erməni vandalizminin qarşısının alınması və virtual ensiklopediyanın nəzarətinin güclənməsi görüləcək əsas işlərdən biridir. Azərbaycan və Azərbaycanın milli dəyərlərinin Vikipediyada müxtəlif dillərdə necə işıqlandırılması hər bir Azərbaycan vətəndaşının probleminə çevrilməlidirYaddan çıxartmayaq ki, Azərbaycan tarixini saxtalaşdıran, tarixi abidələrini özünküləşdirən ermənilərə qarşı virtual şəkildə mübarizə aparmaq üçün Vikipediyada Azərbaycan haqqında informasiyanı biz xarici dillərdə də dərc etməliyik. Azərbaycan dilindəki Vikipediyanı zənginləşdirməklə yanaşı rus, ingilis, fransız, alman və s. dillərdə fəaliyyət göstərən Vikipediyalara nəzarət etmək, ermənilərin və ermənipərəst qüvvələrin virtual ensiklopediyaya daxil etdiyi dezinformasiyaların qarşısını alaraq oraya düzgün və obyektiv məqalələr əlavə etmək vacib məsələlərdəndir. Vikipediyanın rus bölməsində (www.ru.wikipedia.org) yerləşdirilmiş «Азербайджан», «Азербаджанцы», «Ходжалы», «Нагорный Карабах», «Шуша», «Нахчиван», «История Азербайджана», «Битва Karabax» və onlarla hər bir azərbaycanlının qürur hissinə toxunan bu cür məqalələr vətənini sevən azərbaycanlını sakit buraxa bilməz.
Ələkbərova İradə, İnformasiya Texnologiyaları İnstitutu, məqalə tam şəkildə "Azərbaycan məktəbi" jurnalında 2007-ci ildə cap edilmişdir.
İnternetdə domen adlar
İnternetdə domen adlar
Internetə qoşulmuş kompüterlər arasında qarşılıqlı əlaqəni təmin etmək üçün onların hər birinin xüsusi, təkrarlanmayan nömrəsi olmalıdır. Şəbəkədə hər bir kompyuterin nömrəsi bir birlərindən nöqtə ilə ayrılan dörd ədəddən ibarətdir. Məsələn: 230.128.13.40 Bu cür nömrələnmə IP-ünvan (IP stands for "Internet Protocol") adlanır. IP ünvanları yadda saxlamaq, işlətmək çətin olduğuna görə onları xüsusi adlarla əvəz etmişlər ki, bu adlar domen adlar adlanır və onları yadda saxlamaq daha asandır. Nəzərə alsaq ki, orta yaddaşa malik insan 10-15 İP ünvan yadda saxlamaq qabiliyyətinə malikdirsə, domen ad şəklində o, yüzlərlə ünvan yadda saxlaya bilər. Kompüterin İP ünvanını domen ünvanla əvəz edən və əksinə, domen adları İP-ünvanlara çevirən system Domen Adlar Sistemi (Domain Name Sistem, DNS) adlanır. Domen – DNS-də domen adları fəzasının mərkəzləşdirilmiş inzibatlaşdırılan sahəsidir.
Adlar zonasının müəyyənləşdirilməsi məsələsi ilə Internetdə ən yuxarı səviyyədə ABŞ hökuməti qarşısında məsuliyyət daşıyan ICANN (The Internet Corroration for Assigned Names and Numbers) adlı təşkilat məşğuldur. İCANN – Internetdə adlar və İP ünvanlar üzrə Baş Qeydiyyat Korporasiyası (www.icann.org) olub, milli – ccTLD (.az, .ru, .us və s.) və funksional – gTLD (.com, .org, .net, .info və s.) zonalarda domenlərə nəzarət edən – domen adları və İP ünvanları bölüşdürən və tənzimləyən Beynəlxalq təşkilatdır.
Göründüyü kimi, hər bir ölkə adına uyğun xüsusi domenə malikdir. Məsələn, AZ – Azərbaycanın Internetdə qəbul edilmiş və BMT-nin Beynəlxalq Standartlar Qurumu tərəfindən təsdiq edilmiş domenidir. Almaniyada milli domen – DE, Rusiyada – RU, Amerikada – US, Türkiyədə – TR və s.Funksional domenlər İnternet resursunun fəaliyyətindən asılı olaraq müəyyən edilir: kommersiya saytları – COM, rəsmi dövlət saytları – GOV, təşkilat saytları – ORG, hərbi mövzuda saytlar – MİL, təhsil haqqında saytlar – EDU, və s. kimi adlandırılırlar. Funsional domenlərin paylanması ilə əvvəllər yalnız InterNic Beynəlxalq təşkilatı məşğül olurdusa, 1999-cü ildən domen adların qeydiyyatdan keçirilməsi ilə dünyada bir çox nüfuzlu təşkilatlar məşğul olmağa başladılar : GO DADDY, ENOM, NETVOC SULİDATİON və s.Milli domenlərin qeydiyyatı isə hər bir ölkənin öz ixtiyarına verilmişdir. Məsələn, Türkiyədə Internet adlarının qeydiyyatı ilə Orta Doğu Texnik Universetində kollegial qurum (www.metu.edu.tr) məşğul olur, Rusiyada bu işlə Ictimai Kompyuter Şəbəkələrinin Inkişafı üzrə kollengial qurum (www.ripn.ru), Ermənistanda isə bu işlə Internet Society Armenia (www.am/am.html) təşkilatı məşğuldur. Azərbaycanda isə AZ domeni ilə bağlı qeydiyyatları İNTRANS şirkəti həyata keçirir.Son illərdə Azəbaycanın İnternet məkanında çoxlu sayda saytların yaradılması, eləcə də yeniləşməsi müşahidə olunur. Nəinki ayrı-ayrı təşkilatlar, eyni zamanda fiziki şəxslərin də öz fərdi saytlarının və səhifələrinin yaradılması xeyli çoxalmışdır. 2007-ci il noyabr ayının məlumatına görə AZ domeni altında artıq 5500 sayt mövcuddur.
Ələkbərova İradə, İnformasiya Texnologiyaları İnstitutu


